Pakistanda 30 mindən çox şəxs COVID-19-a yoluxub
Pakistanda son 24 saat ərzində yeni növ koronavirusa yoluxanların sayı 896 nəfər artaraq 30 334-ə çatıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Ümumilikdə ölkədə koronavirus infeksiyasına yoluxan 8 063 xəstə sağalıb, 659 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 283 517 test aparılıb.
Xəbəri paylaş
Facebook-da paylaş