Hindistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

 

Hindistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 644 nəfər artaraq 39 980-ə çatıb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hindistanda son sutka ərzində koronavirusa yoluxma sayı əvvəlki rekordu üstələyib. Belə ki, 2 may tarixində 2 293 nəfərdə COVID-19 aşkarlanmışdı.


Ümumilikdə müalicə alan 10 600 xəstə sağalıb, 1 301 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Hazırda 28 min ölkə vətəndaşı koronavirusdan müalicə alır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}