Fransada COVID-19-dan ölənlərin sayı 23 mini keçdi

 

Fransada ötən sutkada 437 nəfər pandemiyanın qurbanı olub.

Şəffaflıq.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Fransada koronavirusdan ölənlərin sayı 23 293-ə yüksəlib.

Xəstəxanalarda 14 497 nəfər, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə8 796 pasiyent pandemiyanın qurbanı olub.

Bundan başqa, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 3,7 min nəfər artaraq 128 339-a çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}