Rusiyada koronavirusa yoluxanların sayı 134,6 mini ötdü
Rusiyanın paytaxtı Moskvada daha 35 nəfər koronavirusdan ölüb.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin COVID-19-un yayılmasına mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, bununla da Moskvada koronavirus qurbanlarının ümumi sayı 764 nəfərə çatıb.
Rusiya dünyada koronavirusa yoluxanların sayı üzrə yeddinci yerdədir. Ölkədə bir gün ərzində 10 663 yeni yoluxma qeydə alınıb.
Bununla da COVID-19 diaqnozunun qoyulduğu xəstələrin sayı 134 687 nəfərə çatıb, onlardan 16 mindən çoxu sağalıb. Xəstəlikdən 1 280 insan ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Facebook-da paylaş