Koronavirusla bağlı dünya üzrə son məlumat: Rusiyada da bu virusa yoluxanların sayı artdı

 

Rusiyada daha 21 nəfərdə koronavirus aşkarlanıb.

“RİA Novosti” xəbər verir ki, bunu baş nazirin müavini Tatyana Qolikova açıqlayıb.

Beləliklə, Rusiyada virusa yoluxanların sayı 114-ə çatıb. Məlumata görə, yoluxan 114 nəfərdən 10-u ölkə ərazisində yoluxub. Ümumilikdə infeksiya Rusiyanın 26 bölgəsində qeydə alınıb.

Xatırladırıq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Ən son məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 188400-ə çatıb. Bunların 81 000 nəfəri sağalıb, 7500 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}