Çindən kənarda koronavirusa yoluxanların sayı 148-ə çatıb
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin CGTN dövlət telekanalı məlumat yayıb.
Öz növbəsində bu ölkənin “South China Morning Post” qəzeti bildirib ki, Asiya və Çindən kənarda 95 yoluxma hadisəsi qeydə alınıb. Bunlardan 23-ü Avropanın, 13-ü Şimali Amerikanın və 12-i Avstraliyanın payına düşür. Qeyd edək ki, Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.
Bildirilir ki, Honkonqda 15 nəfər yeni pnevmaniyaya yoluxub. Makaoda 8, Tayvanda 10 nəfərin bu virusun daşıyıcıları olduqları müəyyənləşdirilib.
Daha əvvəl məlum olub ki, Çində yeni virusa yoluxanların sayı 17205 nəfərə, xəstəlik qurbanlarının sayı 361 nəfərə çatıb. Ölkənin 475 sakini sağalıb.
Facebook-da paylaş