Rusiyada bir gündə koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
Rusiyada son bir gündə 10 633 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb.
Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib. Ölkədə virusdan ölənlərin sayı isə 58 nəfər artaraq 1 280-ə yüksəlib.
Ən çox yoluxma halı Tatarıstan, Başqırdıstan və Leninqrad bölgəsində qeydə alınıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 16 026 nəfər sağalıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş