Aprelin 18-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 160 207 nəfərə çatıb.

Aprelin 18-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 160 207 nəfərə çatıb.
Şəffaflıq.az xəbər  ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 85 678 nəfər yeni koronavirusa yoluxub, 6 710 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 160 207 nəfərə, ölənlərin isə 146 088 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 086 889 yoluxma və 97 201 ölüm halı. Avropa regionunda sutka ərzində 36 018 yoluxma halı, 3 721 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 784 272 nəfərə, ölənlərin sayı isə 35 742 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 129 256 yoluxma və 5 598 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (665 330), İspaniyada (188 068), İtaliyada (172 434), Almaniyada (137 439), Böyük Britaniyada (108 696), Fransada (108 163), Çində (84 180), İranda (79 494), Türkiyədə (78 546) və Rusiyada (36 793) qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}