Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb


Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib.

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.

Qazın verilişinin yaxın saatlarda bərpa olunması planlaşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}