Əsas Səhifə > Hadisə > Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıb
Sirab kəndində avtomobil qaz xəttini zədələyib, təchizat dayanıbBu gün, 10:46 |
|
Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib. Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib. Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb. Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır. Qazın verilişinin yaxın saatlarda bərpa olunması planlaşdırılır. Geri qayıt |