Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Biləsuvar şəhər sakinləri 2003-ci il təvəllüdlü Kənan Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Şahbazov bıçaqlanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}