Əsas Səhifə > Hadisə > Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Bu gün, 09:25


Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Biləsuvar şəhər sakinləri 2003-ci il təvəllüdlü Kənan Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Şahbazov bıçaqlanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt