Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb
Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib. Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş








