Əsas Səhifə > Hadisə > Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb

Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb


7-04-2026, 10:37


Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt