Xaçmazda maşın piyadanı vuraraq öldürüb
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Almazov Tofiq Hacıbala oğlunu hərəkətdə olan "VAZ-2107" markalı minlik avtomobili vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








