İran Amerika bazalarına 50-dən çox raket zərbəsi endirdi- 20 ABŞ hərbçisi öldü?..













Gecə saatlarında İranın ABŞ-ın İraqdakı hərbi bazalarına 50-dən çox raket zərbəsi endirməsi haqda informasiyalar yayılıb. 
Şəffaflıq.az xəbər verir ki, Deyerler.org-un PressTv-yə istinadla yaydığı məlumata görə, faktı Pentaqon təsdiqləyib. ABŞ hərbçiləri arasında xeyli itki olduğu bildirilir.
İranın qisas hücumu nəticəsində ilkin məlumata görə, 20-dən çox ABŞ hərbçisi məhv edilib. İran rəsmiləri bəyan edib ki, əgər ABŞ hər hansı cavab tədbiri görməyə çalışsa onlar İsrail rejimini yer üzərindən siləcəklər.
İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkəkədən İrana hücum olunarsa İran həmin hədəfləri vuracaq.
ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb.
ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar təcili iclas keçirib, lakin iclasdan sonra açıqlama verməyib və daha sonra açıqlama veriləcəyini qeyd edib.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqın Anbar əyalətində yerləşən hərbi bazalarına 50-dən çox raket zərbəsi endirib.
Deyerler.org

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}