ABŞ İran təyyarəsini məhv etdi
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisi Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurub.
Şəffaflıq.az“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Pilotsuz təyyarə dərhal məhv edildi”, - Tramp deyib.
ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.
Tramp həmçinin başqa ölkələri öz gəmilərini müdafiə etməyə çağırıb.
Xəbəri paylaş
Facebook-da paylaş