Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükəli addım
Şəffaflıq.azUNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Birləşmiş güclərinin əməliyyat qərargahının mətbuat mərkəzindən bildirilib.
"Hücum və ordu aviasiyasının bölmələri rəqibin hava zərbəsini təqlid edirdi. 3SU-23-4 "Şılka", "Strela-10M" ekipajları, daşınabilən zenit-raket kompleksləri və ZU-23 zenit sistemləri şərti hava hədəflərini məhv etdi", - mətbuat mərkəzi qeyd edib.
Vurğulanır ki, təlimlərin hədəfi aşağı hündürlüklərdə rəqibin aviasiyasının hərəkətləri zamanı atəş bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə düşmən səviyyəsində olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.
Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.
Ukrayna hadisədən sonra Rusiya ilə sərhəddə, həmçinin Azov və Qara dənizi sahillərində yerləşən 10 vilayətdə hərbi vəziyyyət rejimi tətbiq edib.
Facebook-da paylaş