Tramp İranın təhdidlərinə cavab verdi- 52 hədəf məhv ediləcək

 “ABŞ mövqelərinə hücum həyata keçirilsə, İrana məxsus 52 hədəf yerlə bir ediləcək”.
Şəffaflıq.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yazılı açıqlamasında Tehranı bu sözlərlə hədələyib. O bildirib:
“Bu bir xəbərdarlıq olsun. İran ABŞ ünsürlərinə və ya amerikalılara hücum edərsə, İrana məxsus 52 hədəfi məhv etmək üçün müəyyən etmişik. Bu hədəflər və İranın özü sürətli şəkildə vurulacaq”.
Qeyd edək ki, 52 rəqəmi təsadüfən seçilməyib. İran illər əvvəl 52 amerikalını girov götürüb.
Anar Türkeş

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}