“Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur”- Qərargah rəisi

 

“3-cü mikrorayon bazarı”nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.

Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}