Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam qəbul edib

 Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncamda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6–sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}