DİM: Daha 1298 tələbə pulsuz təhsil alacaq
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.
Ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması barədə siyahı ilə bu linkdən tanış olmaq olar.
Facebook-da paylaş