Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı



Peşəkar astrofotoqraf Endryu Makkarti izləyicilərini yeni möhtəşəm kosmik görüntülərlə sevindirib.  Kadrlarda Günəşdən Yerə doğru tac kütləsinin atılması əks olunub.

Makkarti təqdim etdiyi görüntünün 6 saat ərzində çəkilmiş 100 minlərlə fotoşəkili bir araya gətirən kompozit təsvir olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Günəşdən ayrılan odlu plazma təxminən 161.000 km/saat sürətlə kosmosa atılıb.

“Bu indiyə qədər gördüyüm ən böyük tac kütləsinin atılması oldu. Onun uzunluğu, ehtimal ki, təxminən 1,5 milyon kilometr idi”, - deyə Makkarti qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}