Əsas Səhifə > Dünya > Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı

Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı


9-10-2022, 12:08



Peşəkar astrofotoqraf Endryu Makkarti izləyicilərini yeni möhtəşəm kosmik görüntülərlə sevindirib.  Kadrlarda Günəşdən Yerə doğru tac kütləsinin atılması əks olunub.

Makkarti təqdim etdiyi görüntünün 6 saat ərzində çəkilmiş 100 minlərlə fotoşəkili bir araya gətirən kompozit təsvir olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Günəşdən ayrılan odlu plazma təxminən 161.000 km/saat sürətlə kosmosa atılıb.

“Bu indiyə qədər gördüyüm ən böyük tac kütləsinin atılması oldu. Onun uzunluğu, ehtimal ki, təxminən 1,5 milyon kilometr idi”, - deyə Makkarti qeyd edib.

Şəffaflıq.az


Geri qayıt