Şamaxıda şəhid Yalçın Cavadovun adına inşa edilmiş xatirə bulağ komplekisinin açılışı olub.-FOTO


18 may 2022-ci il tarixdə Şamaxı rayon Sabir adına Qəsəbədə Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadovun adına inşa edilmiş xatirə bulağ komplekisinin açılış mərasimi olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.

Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında şəhid Yalçın Cavadovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Sonra Şamaxı rayon Sabir adına Qəsəbədə Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadovun adına inşa edilmiş xatirə bulağ komplekisinin açılış mərasimi olub.

 Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
 Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Yalçın Cavadov 1985-ci il  mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qalıb.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vahid İsmayılov.
Şamaxı
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}