Şamaxı şəhərində şəhid Cəbrayılov Ağacan Zakir oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulaq komplekisinin açılışı olub.-FOTO\VİDEO

22.11.2021-ci il tarixdə Şamaxı şəhərində şəhid Cəbrayılov Ağacan zakir oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulağ komplekisinin  açılışı olub.

 Şəffaflıq.az xəbər verir ki, anım mərasimində (QMİ)Şirvan bölgəsi üzrə nümayəndəsi, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri şəhid Cəbrayılov Ağacan zakir oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.







Saat: 16-00

Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılşında iştirak etmişlər.

Şəffaflıq.az xəbər verir ki, anım mərasimində  22 noyabr 2021-ci il tarixdə Şamaxı şəhər 6saylı tam orta məktəbin həyətində Şəhid Ağacan Cəbrayılovun və həmin məktəbdə təhsin almış ümumilikdə 4 şəhidin xatirəsinə inşaa edilmiş bulaq kompleksinin açılışı olub.

Açılışda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə nümayəndəsi,şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri şəhid Cəbrayılov Ağacan zakir oğlunun və həmin məktəbdə təhsil almış 3 şəhidin adınaa inşaa edilmiş xatirə bulağının açılışında iştirak etmişlər.
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdı.

















Operator: Məhərrəm Səmədovun hazırladığı çəkilişi təqdim edirik!


Ağacan Zakir oğlu Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Subay idi.
Azərbaycan ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub.Şamaxı şəhidlər xiyabanında  dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Vahid İsmayılov.
Şəffaflıq.az 
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}