Şamaxı şəhərində şəhid Salehov Orxan Fikrət oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulağ komplekisinin açılışı olub.-FOTO

06.11.2021-ci il tarixdə Şamaxı şəhərində şəhid Salehov Orxan Fikrət oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulağ komplekisinin  açılışı olub.
 Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Şamaxı şəhər 10 saylı tam orta məktəbin müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında şəhid Salehov Orxan Fikrət oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
06.11.2021-ci il tarixdə Şamaxı şəhərində şəhid Salehov Orxan Fikrət oğlunun xatirəsinə inşaa edilmiş bulağ kompleksinin açılışı olub.Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, bu qələbədə Şamaxıdan olan qəhrəman oğulların da payının olduğunu, tarixi zəfərimizin təmin edildiyini vurğulayıblar.
Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Orxan və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.


Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Gümbəz qəbiristanlığında dəfn olunub.
Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra"Vətən uğrunda"medalı ilə təltif edildi.
 Azərbaycanın Laçın Rayonununişğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Orxan Salehov 1999-cu il noyabrın 14-dəŞamaxı  şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vahid İsmayılov.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}