Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Fariz Şıxaliyevin anım günü və adına inşaa edilmiş xatirə bulağının açılışı olub.-FOTO

29 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon Qaravəlli kəndində  Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Fariz Şıxaliyevin anım mərasimi və adına inşaa edilmiş xatirə bulağının açılışı olub.Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında şəhid Fariz Şıxaliyevin  məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.Daha sonra Samaxı rayon Qaravəlli kəndində şəhid Fariz Şıxaliyevin xatirəsinə inşaa edilmiş bulaq komplekisinin açılış mərasimi olub.

Mərasimdə çıxış edənlər şəhid Fariz Şıxaliyevin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.




Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb.
2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin  sıralarında xidmətini davam etdirirdi.
Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb.
 Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Şıxaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fariz Şıxaliyev 1987-ci il dekabırın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub. 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qalıb.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin.

Hazırladı:    Səma Kərimova 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}