İsmayıllıdan olan şəhid Cəmil Məmmədlinin medalı anım günündə ailəsinə təqdim edilib

 Vətən müharibəsində qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə ucalmış əsgər Cəmil Məmmədlinin  “Xocavəndin azad olunmasına görə” medalı atasına  təqdim edilib.
Şəffaflıq.az xəbər verir ki, təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri  iştirak ediblər.
Rayon rəhbəri 44 günlük Vətən müharibəsində qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığından,şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb.









 
Xatırladaq ki , Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamları ilə Cəmil Məmmədli "Vətən uğrunda" , “Cəsur döyüşcü”, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}