Şamaxı rayon Dəmirçi kəndində şəhid Quliyev Rəcəb Elşən oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulağ komplekisinin açılışı olub.-FOTO\VİDEO

10.11.2021-ci il tarixdə Şamaxı rayon Dəmirçi kəndində şəhid Quliyev Rəcəb Elşən  oğlunun il mərasimi və xatirəsinə inşaa edilmiş bulağ komplekisinin  açılışı olub.
 Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Şamaxı rayon Dəmirçi kənd tam orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri şəhid Quliyev Rəcəb Elşən oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılşında iştirak etmişlər.
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışd



Operator: Məhərrəm Səmədov.


Azərbaycan ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəsur Döyüşçü"  medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra Cəbrayılın azad olunması medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Xocavəndin azad edilməsinə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Zəngilanın  azad edilməsinə görə" medal  ilə təltif edildi.


Vahid İsmayılov.
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}