Şamaxıda şəhid Ceyhun Orucovun il mərasimi keçirildi.-FOTO

30 oktyabr 2021-ci il tarixində Şamaxı rayonunun Nağaraxana kəndindən olan şəhid "gizir" Ceyhun Orucovun anım günü qeyd olunub.
Şəffaflıq.az xəbər verir ki, anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları,(QMİ)Şirvan bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri,Müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri şəhidlər xiyabanında şəhid Fariz Şıxaliyevin  məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, bu qələbədə Şamaxıdan olan qəhrəman oğulların da payının olduğunu, tarixi zəfərimizin təmin edildiyini vurğulayıblar.












Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb..2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ceyhun Orucov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı  ilə təltif edildi.
 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Orucov 1996-cı  il dekabırın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub.
2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin

Vahid İsmayılov.
Şamaxı
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}