Bu gün Şamaxıdan olan şəhidlərimiz iki dost,Tərlan və Zahirin il dönümüdür.
Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafovun və Tərlan Amanaliyev 2020-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində şəhid olublar.
Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-nin məsul şəxsləri, , şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın Şamaxı rayon üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Onların xatirəsi ehtiramla anılıb, məzarları önünə əklil və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub.
Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2001-2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb.
Ailəli idi.
Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Facebook-da paylaş