Şamaxı rayonunun Şəhidlər Xiyabanında şəhid Elvin Eldəniz oğlu Ağakərimovun ad günü qeyd edildi

 

Elvin Eldəniz oğlu Ağakərimov 1 aprel 2002-ci il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ağakərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib.

Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, Şamaxı rayonu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.














Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Vahid İsmayılov,
Yanoş Məhərrəmov,
Məhərrəm Səmədov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}