Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin kollektivi şəhid ailəsini ziyarət etmişdir

  

Şamaxı Tarix Diyarşünasliq muzeyinin direktoru vəzifəsini icra edən Vüsalə xanım Həsənova, muzeyin əməkdaşları D.Ağamaliyeva və Ş.Nuraliyeva ilə birgə şəhid Mirzəcan Orucovun anasını ziyarət etmişlər. 

Onlar nur üzlü şəhid anasının oğlu Mirzəcan haqqında xatirələrini dinləyib, dərdinə şərik olublar. 

Şəhid Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Ordumuzun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi döyüşündə aktiv iştirak edib.

O, oktyabrın 7-də şəhid olub və Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzəcan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

  

Vahid İsmayılov,
Məhərrəm Səmədov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}