Bu gün Şəhid ƏLÖVSƏT SEYİDXAN OĞLU İBRAHİMOVUN Cənnətdəki ilk doğum gününüdür.-FOTO\VİDEO

Bu gün Qəhrəmanımız Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, 2-ci Vətən müharibəsi Şəhid Əlövsət Seyidxan oğlu İbrahimovun doğum günüdür. O, yaşasaydı 26 yaşı olacaqdı.

İbrahimov Əlövsət Seyidxan oğlu 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub.
Əlövsət İbrahimov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "Gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib.
Əlövsət İbrahimov 2 oktyabr 2020-ci ildə Murovdağ uğurunda gedən döyüşlər zamanı Şəhid olub.
Şamaxı şəhərində, Şəhidlər Xiyabanında dəfn olunub.

44 gün gedən döyüş zamanı şəhidimizin iki qardaşıda qarabağ müharibəsində iştirak ediblər, və hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətlərini davam etdirlər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün,Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Ruhun şad olsun şəhidim.Amin

Vahid İsmayılov
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}