DÜNƏN ÜÇ HƏRBÇİMİZ ŞƏHİD OLDU - Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı + FOTO
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Sadıqov Vüqar Lətif oğlu - Ağstafanın Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüd;
Məmmədov Elşad Dönməz oğlu - Tovuzun, Ağdam kənd sakini, 1996-cı il təvəllüd;
Daşdəmirov Xəyyam Məhəmməd oğlu - İsmayıllı rayon, Balik kənd sakini, 2002-ci il təvəllüd, hərbi qulluqçu.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Şəffaflıq.az
Facebook-da paylaş