Şamaxı rayon Göylər kəndində , şəhid Şəhadət Üsüfovun il mərasimi keçirilib.-FOTO



Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.
Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və
"Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}