Şəhidimiz Naiq Ələkbərov’un şəhidlik zirvəsinə ucalmasından bir il ötür

 Şəhidimiz Naiq Ələkbərovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür
Şamaxıda rayon Bağırlı kəndində  şəhidimiz Naiq Ələkbərovun   anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun    Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. 2020-ci il oktyabrın 9-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində şəhid olub.

Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri  iştirak etmişlər.
Onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

 
Naiq Ələkbərov 1994-cü il avqustun 8-də Ş amaxı rayonunun Bağırlı kəndində anadan olub.2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.
Naiq Ələkbərov 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib.
2015-ci ildən etibarən kurslardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin cərgələrinə qoşulub.
2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" ,
"Cəsur döyüşçü" və əbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Yanoş Məhərrəmov.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}