Şamaxı rayonu Göylər kəndindən olan Şəhidi Atakişiyev Tərlanın anım günüdür.

 Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də şəhid baş leytenant Atakişiyev Tərlan Dərgah oğludur.

Şəffaflıq.az xəbər verir ki, 24 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon Göylər kəndində  anım mərasimi keçirilib. Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları, Millət vəkili Tamam xanım Cəfərova,  hüquq-mühafizə orqanlarının rəhbərləri,QMİ Qazisi Mərəhməd Mustafayev,  şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Müəllim və şagirdlər, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar. 
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1983-1992-ci illərdə Göylər kənd tam orta məktəbində, 1992-1994-cü illərdə Nərimanov rayonunda yerləşən Kimya-Biologiya təmayüllü məktəb-liseydə təhsil alıb. Ali təhsilini 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb.
Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.


Ailəli idi. İki oğlu yadigar qaldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Vahid İsmayılov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}