ABŞ 2026-cı ildə nüvə kosmik gəmisini sınaqdan keçirəcək


 

ABŞ Müdafiə Nazirliyi kosmosda sərbəst hərəkət etmək üçün nüvə elektrik stansiyalarının yaradılmasını maliyyələşdirir. Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (MNQTLİ) kosmik gəminin hazırlanması proqramının ikinci və üçüncü fazalarının başlandığını elan edib.

“Ay ətrafında çevik manevrlər üçün demonstrativ raket” proqramı 2020-ci ildə təqdim edilib və 2021-ci ilin aprelində icranın birinci fazasına start verilib.

“Kosmosda manevr etmək hərəkət sisteminin məhdudiyyətlərinə görə daha çətindir. Kosmosda texnoloji üstünlüyünü qorumaq üçün ABŞ-ın qabaqcıl hərəkət texnologiyasına ehtiyacı var”, – deyə MNQTLİ-nin Taktik Texnologiyalar Şöbəsinin proqram rəhbəri, mayor Natan Qreyner bildirib.

Proqram çərçivəsində müsabiqə iştirakçıları istilik atom raket mühərrikləri üçün nüvə elektrik stansiyası (reaktor və mühərrikin özü), həmçinin uçuş demonstratoru – əslində Yer orbitində sınaq üçün eksperimental kosmik gəmi hazırlamalıdırlar.

2021-ci ildə kosmik reaktor layihəsinin hazırlanması üzrə müsabiqənin birinci mərhələsində 22,2 milyon dollar qazanan “General Atomics” kompaniyası qalib olub. Nüvə kosmik gəmisinin prototipi müsabiqəsində “Lockheed Martin” (2,9 milyon dollar) və “Blue Origin” (2,5 milyon dollar) kompaniyaları qalib gəlib. Artıq bütün layihələr tamamlanıb.

Proqramın ikinci və üçüncü mərhələlərində iştirak üçün ərizələr avqustun 5-dək təqdim edilməlidir. Bu mərhələlərin reallaşdırılması çərçivəsində 2026-cı ilə qədər orbitdə kosmosda nüvə istilik raket mühərriklərinin prototipləri hazırlanmalıdır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}