“SpaceX” ilk dəfə fəzaya insan göndərir
ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı "Crew Dragon” kosmik gəmisini yerin orbitinə çıxarıb.
Şəffaflıq.az xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilib.
Beynəlxalq Kosmik Stansiyaya uçuşun canlı yayımını 1 milyondan çox insan izləyib. Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli.
Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu baş tutmamışdı.
Xəbəri paylaş
Facebook-da paylaş