“RAZILAŞMALARI LƏĞV EDƏ BİLƏRİK”
Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın aeronavtika və kosmik məkanın tədqiqatı üzrə milli idarəsinin – NASA-nın Rusiyanın Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozinin ABŞ-a səfərini ləğv eləməsi iki ölkə arasında böhrana səbəb olub.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitunun direktoru Lev Zelyonıy NASA-nın D.Roqozinin ABŞ-a səfərini təxirə salmasının Venera planetində həyata keçirilməsi planlaşdırılan NASA-“Roskosmos” birgə layihəsinin həyata keçirilməsinə zərər verə biləcəyini söyləyib.
NASA-nın mətbuat katibi Meqan Povers çərşənbə günü verdiyi açıqlamasında “NASA Vaşinqtondakı tənqidlərə rəğmən Roqozinin ABŞ-a səfəri üçün hazırlıqların davam etdirildiyini, lakin, qarşıdakı saatlarda hökumət üzvlərinin və qanun müdafiəçilərinin Roqozinin ABŞ-a səfərinə qarşı çıxdığını” açıqlayıb.
Bundan savayı, ABŞ prezidenti D.Tramp iqtidarının Roqozinə qarşı sanksiyaları dayandırmağı qərara aldığını və beləliklə Rusiyanın kosmos agentliyinin başçısının NASA-nın dəvəti ilə ABŞ-a səfər eləməsinə imkan yaratdığını açıqlayıb. Ukraynadakı vəziyyətlə əlaqədar Roqozin 2014-cü ildən bəri ABŞ-ın sanksiyalarına məruz qalıb. “Roskosmos”un mətbuat nümayəndəsi Vladimir Ustimenko, Roqozinə edilən dəvətin ləğv edildiyi ilə bağlı NASA-dan rəsmi açıqlama verilmədiyini, NASA-nın birbaşa əlaqə saxlamaq əvəzinə, mətbuat vasitəsi ilə əlaqə saxladığının heyrət doğurduğunu, NASA-dan məsələ ilə bağlı açıqlama gözlədiklərini bildirib.
Federasiya Şurasının Müdafiə Komitəsinin üzvü Frants Klintseviç isə məsələ ilə əlaqədar olaraq, “Roscosmos” rəhbəri Dmitri Roqozinin ABŞ-a səfərinin ləğv edilməsi ilə ABŞ-ın Rusiyaya qarşı mənfi siyasətinin davam edəcəyinə bir daha şahid olduq”.
Birgə layihələr ləğv edilə bilər
“Roskosmos” agentliyinin əməkdaşlarından biri deyib: “Bu vəziyyət ayın orbitində qurulacaq stansiya və Beynəlxalq Kosmik Stansiyada ortaq elmi araşdırmaların aparılması ilə bağlı danışıqlara, hətta əvvəlcədən əldə edilmiş razılaşmalara mənfi təsir göstərə bilər”.
Facebook-da paylaş