Çin bunu da bacardı: Tarixdə ilk dəfə Ayın görünməyən tərəfinə eniş baş tutdu – İlk fotolar

Tarixdə ilk dəfə olaraq kosmik aparat Ayın uzaq səthinə eniş edib. Bu barədə məlumatı Çin hökuməti yayıb.

BBC xəbər verir ki, robotlaşdırılmış kosmik qurğu Ayın Yerdən görünməyən tərəfinə enməyi bacarıb.
Bakı vaxtı ilə bu gün səhər saat 6-00 radələrində pilotsuz “Chang’e-4” sınaq aparatı Ayın cənub qütbünə eniş edib.
Aparat ərazinin geoloji quruluşunu tədqiq etmək üçün lazımi alətlərlə təchiz edilib. Çinin dövlət mediası bu enişi “kosmik tədqiqatlarda dönüş nöqtəsi” adlandırıb. Əvvəllər Ayın yalnız Yerdən görünən səthinə enişlər baş tutmuşdu və bu eniş tarixdə bir ilkdir.

        Twitter/cgtnofficial: Çin mediasının təqdim etdiyi foto

Bu vaxta qədər missiya barədə çox az məlumatlar yayımlanırdı. Çin hökuməti məlumatların yayılmasına nəzarət edirdi. Qərb mediası hesab edir ki, bu missiya həddən artıq riskli bir layihə olub.
Çin kosmik tədqiqatlara gec qoşulub. Yalnız 2003-cü ildə Çin ilk dəfə olaraq orbitə öz aparatını göndərmişdi. Sonradan kosmik tədqiqatlarda yarışa girən Çin artıq tarixdə bir ilkə də imza ata bilib.

China National Space Administration: Ayın Yerdən görünməyən səthinin ilk fotoları

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}