Rusiyada sərnişin təyyarəsi atəşə tutuldu
Rusiyada sərnişin təyyarəsi atəşə tutulub.
Oxu.Az Ren.TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də Xabarovsk vilayətində baş verib.
An-24 təyyarəsi havada olarkən yerdən naməlum şəxslər tərəfindən atıcı silahdan atəşə tutulub.
Təyyarə eniş etdikdən sonra baxış keçirilib və güllə izi aşkarlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş