“SpaceX” yeni internet peyk partiyasını kosmosa uğurla çıxarıb. "SpaceX" şirkətinin nümayəndəsi deyib.

ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raket daşıyıcısı ilə buraxılan "Starlink" minipeyklərinin yeni partiyasını kosmosa uğurla çıxarıb.
Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, "60 Starlink peykinin uğurlu buraxılışı təsdiqlənib" - "SpaceX" şirkətinin nümayəndəsi deyib.
Minipeyklərdən ibarət qruplaşma planet əhalisinin yüksəksürətli internetlə təmini üçün şəbəkə yaratmağa imkan verəcək. Birinci mərhələdə - 2020-ci ilin sonunda ABŞ-ın cənubunda yaşayan sakinlər belə imkan əldə edəcəklər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}