Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar
Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, fiziklər ilk sınaq çərçivəsində siqnalı 520 kilometr məsafəyə 200 Qb/s sürətlə ötürməyə nail olublar, halbuki əvvəlki rekord 100 Qb/s sürətini ötmürdü.
Belə siqnal gücünü əldə etmək üçün ABŞ-ın "Corning" şirkətinin kabellərindən istifadə edilib. Siqnalın zəifləməməsi üçün kabel başlıq və sonluq hissələrdə iki aralıq nöqtədə gücləndirilib.
Bu texnologiya Sibir, Kanada adaları və ya İndoneziyanın məskunlaşmamış regionlarında internetə çıxışı təmin etməyə imkan verəcək. Bu texnologiyadan istifadə etmək üçün provayderlər aralıq stansiyalarından istifadə etməli olmayacaqlar.
Facebook-da paylaş