Əsas Səhifə > Dünya > “SpaceX” yeni internet peyk partiyasını kosmosa uğurla çıxarıb.

“SpaceX” yeni internet peyk partiyasını kosmosa uğurla çıxarıb.


9-01-2020, 08:13
ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raket daşıyıcısı ilə buraxılan "Starlink" minipeyklərinin yeni partiyasını kosmosa uğurla çıxarıb.
Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, "60 Starlink peykinin uğurlu buraxılışı təsdiqlənib" - "SpaceX" şirkətinin nümayəndəsi deyib.
Minipeyklərdən ibarət qruplaşma planet əhalisinin yüksəksürətli internetlə təmini üçün şəbəkə yaratmağa imkan verəcək. Birinci mərhələdə - 2020-ci ilin sonunda ABŞ-ın cənubunda yaşayan sakinlər belə imkan əldə edəcəklər.

Geri qayıt