Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi - Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, - Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, - Sibiqa əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}