Əsas Səhifə > Gündəm / Dünya > Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb

Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb


28-02-2022, 23:15

 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi - Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, - Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, - Sibiqa əlavə edib.

Geri qayıt