Ukraynanın müdafiə naziri istefaya göndərilib

 Ukrayna Ali Radası (parlament) müdafiə naziri Andrey Taranın istefaya göndərilməsi barədə qərar qəbul edib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, 341 deputat qərarın lehinə səs verib.
Artıq Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə nazir vəzifəsinə yeni namizəd irəli sürüb. Bu, baş nazirin müavini Aleksey Reznikovdur.
Ukrayna Konstitusiyasına əsasən, Prezident xarici işlər və müdafiə naziri postuna namizədləri parlamentə təqdim edir. Qanunverici orqanın həmin nazirləri vəzifədən azad etmək səlahiyyəti var.
Xatırladaq ki, Andrey Taran 2020-ci ilin martında Ukraynanın müdafiə naziri təyin olunmuşdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}